Kim Kardaşyana bənzərliyi ilə məşhur olan Ashten G kimi tanınan Kristina Eşten Qurkani son plastik əməliyyatından sonra infarkt keçirərək dünyasını dəyişib.
Medianews.az xəbər verir ki, əməliyyatdan sonra xəstəxanada müşahidə altında oan modelin ürəyi qəfil dayanıb.
34 yaşlı amerikalı modeli bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Modelin ailəsinin maddi durumu yetərli olmadığı üçün internet üzərindən dəfn xərcləri üçün kampaniyaya başlayıb. Ailə qızlarının əməliyyatının yaxşı keçdiyini və xəstəxanadan onun vəziyyətinin yaxşılaşdığı barədə məlumat aldıqlarını bildirib. Daha sonra qeyd xəstəxanadan onlara zəng edərək qızlarının infarkt keçirdiyini bildiriblər.
Ailə bu gözlənilməz faciədən sarsıldığını və yaşadıqlarını ifadə etməyə söz tapa bilmədiklərini bildiriblər. Modelin qəfil ölümündən sonra polis araşdırmalara başlayıb.
Medianews.az