Ağahəsən Rəsulovun yaş həddi ilə əlaqədar əmək müqaviləsinə xitam verilib.
Bu barədə Medianews.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov vəzifəsindən azad olunması ilə bağlı səhiyyə naziri Teymur Musayev bununla bağlı əmr imzalayıb.
Onu da bildirək ki, A.Rəsulov bir gün əvvəl sitat-info-ya yeniyetmənin durumu ilə bağlı açıqlama verib:
“O yeniyetmə ruhi xəstə deyil. Psixiatriya iki hissəyə bölünür, böyük və kiçik psixiatriya. Bunda diaqnoz sosiopatiyadır. Cəmiyyətdə özünü düzgün apara bilmir. Bir qədər narahat uşaqdır. Bunu dəlixanaya salmaq nə dərəcədə düzgündür? Uşaq evindən göndəriblər, biz də geri göndəririk uşaq evinə. Uşaq evinin müdiriyyəti onu qəbul eləmir. Qoy indi çıxış eləsin, desin ki, mən yanlış demişəm uşaq evi barəsində. O zaman uşağı qəbul edəcəklər. Uşaq evi kiminsə atasının evidir məgər, istəsən qəbul edəsən, istəməsən yox”.