“”Mc Donalds”dan 3 təklifli menyü sifariş verdik, 61 manat hesab gəldi”
Medianews.az xəbər verir ki, bu sözləri sosial media hesabında tanınmış jurnalist Yusif Kərimli yazıb.
O “Mc Donaldsd”dakı qiymətlərdən gileylənib:
“Evdə uşaqlar dirəşdi, “Mc Donalds”dan 3 təklifli menyü sifariş verdik, 61 manat hesab gəldi. Rəzillik, adi yumşaq çörək, ət özünü cırsa 300 qram, naqetslər yarım kilo toyuq əti eləmir, kartof fri də heç yarım kilo olmaz. Özünü öldürsə 20 manat etməz, çatdırılma haqqı ilə 35 manat versək yenə də çoxdur. Peşmanam… Siz də peşman olmayın, dostlar. Həmin pula evə 3 kilo ət, neçə kilo kartof, çörək ala bilərik. Pulumuzu kapitalizmə yem etməyək! O pulu biz zülmlə qazanırıq”.
Medianews.az