El Salvadorda yenicə inşa edilən “Mega” həbsxanasına 2 min dəstə üzvü köçürülüb.
Medianews.az xəbər verir ki, bu barədə ölkə prezidenti Nayib Bukele şəxsi tvitter hesabında paylaşım edib.
Onun sözlərinə görə, ölkə səviyyəsində cinayətkar dəstələrə qarşı mübarizə fəxr ediləcək dərəcəyə çatıb.
Yüksək təhlükəsizlik standartları əsasında inşa edilən bu cəza evində məhkumlar uzun illər boyu heç kəsə zərər vermədən yaşaya biləcəklər.
El Salvadorun Təhlükəsizlik naziri isə bildirib ki, Bu həbsxananın Terrordan Mühafizə Mərkəzi (CECOT) olaraq tanınacağını qeyd edən təhlükəsizlik naziri dediklərinə bu sözləri də əlavə edib:
“Bu xərçəngəbənzər bəlanı hüceyrə-hüceyrə cəmiyyətdən təmizləməyə başlamışıq. Biz xalqı bu zillətə tərk etməyəcəyik. Qorxaq teroristlər də bilsinlər ki, etdiklərinin əvəzini ödəyəcəklər”
Aytac Şahin
Medianews.az