İsrailin Türkiyəyə yardım çərçivəsində göndərdiyi heyətlə bağlı yeni detallar məlum olub.
Medianews.az “CaucasianLive” adlı teleqram kanalına istinadən xəbər verir ki, Türkiyəyə göndərilən heyəti İsrail HHQ-nin elit bölməsinin xüsusi təyinatlıları müşayiət edib.
“Şaldaq” kimi tanınan 5101 bölməsinin əsas tapşırığı İsrail nümayəndə heyətinin təhlükəsizliyini təmin etmək olub.
İsrail nümayəndə heyətinin mühafizəsini təşkil edən “Şaldaq” XTQ ilə Türkiyənin stukturları arasında anlaşılmazlıq yaşanıb.
Belə ki, Türkiyəyə gələn 5101 bölməsi silahlı olduqları üçün ölkə ərazisinə buraxılmayıblar. Türkiyə tərəfi ölkə ərazisində Türkiyə dövlətinə məxsus olmayan qurumların silahlı şəkildə hərəkət etməsinin qəbuledilməz olduğunu vurğulayıb.
İsrail nümayəndə heyətinin təhlükəsizliyini təmin etməli olan “Şaldaq” elit bölməsinin xüsusi təyinatlıları mühafizəni silahsız şəkildə təşkil etməyə məcbur olub.
Yaranmış krizis vəziyyətini İsrail rəsmiləri real səbəblər göstərərək həll etməyə çalışsa da, Türkiyə tərəfi “yalnız siz özünüzü qorumaq barədə müraciət etmisiniz, bu qəbuledilməzdir” cavabını verib.
Qeyd etmək lazımdır ki, İsrail kəşfiyyat orqanları tərəfindən təqdim edilən, lakin Türkiyə tərəfindən qəbul edilməyən “heyətin təhlükəsizliyə təhdid təşkil edən nüanslar” bir müddət sonra ciddi faktora dönüşüb və İsrail heyətinin zamanından əvvəl Türkiyəni tərk etməsinə səbəb olub.
İsrail rəsmiləri ilə müzakirə zamanı Türkiyənin öz üzərinə götürdüyü təhlükəsizlik zəmanəti və öhdəliyi yerinə yetirilməyib.
Aytac Şahin
CaucasianLive