Dünyanın məşhur verlişlərindən olan “Freedom” verilişinin aparıcısı Endryu Napoletano və bloqqer Klint Rassel Rusiya prezidenti Vladimir Putinin davranışının Qərbdə onun “ehtiyatsızlığı” ilə bağlı yayılan rəvayətlərə zidd olması barədə fikir bildiriblər.
Napoletano qeyd edib ki, ABŞ kütləvi qırğın silahlarını Rusiya sərhədlərinə yaxınlaşdırıb, Rusiya isə Amerika sərhədlərində yoxdur. “Putin Co Baydeni təhdid etməyib. (Senator – RT) Lindsey Graham açıq şəkildə Co Baydendən Putinə sui-qəsd etmək üçün bir dəstə göndərməyi xahiş edib.
İndi mənə deyin ki, hansı tərəf daha rasional, hansı daha dağıdıcıdır? Cavab sadə və aydındır.
Vladimir Putin deyir ki, o, Zelenskini öldürmək fikrində deyil, amerikalılara hücum etmək fikrində deyil… Putin ehtiyatlı və diqqətlidir”, – müşahidəçi bildirib.
Jurnalist vurğulayıb ki, Rusiya lideri “sərt, lakin Qərbə hörmətlə davranır”. Eyni zamanda, Klint Rassel Napoletano ilə söhbətində qeyd edib ki, “yalnız Vladimir Putinin sakit davranışı dünyanı üçüncü dünya müharibəsindən saxlayır”.
Amerika prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton əvvəllər Rusiya prezidentini sərt və soyuqqanlı bir mütəxəssis kimi təsvir edib.
Meidanews.az