Dünən Azərbaycanda hər kəs Laçın sakininin türk qardaşlarımıza yardım apardığı zaman kameralara tuş gələn şəklindən danışırdı. Əslində elə şəklin özü də danışırdı, əlavə sözə ehtiyac yox idi. Bu gün isə Türkiyə o gözəl ürəkli vətəndaşımızdan bəhs edir.
Medianews.az xəbər verir ki, Türkiyəli yazar Hikmet Anıl Öztekin sosial media hesabından həmin şəkli paylaşaraq Sərvər Bəşirlinin timsalında bütün Azərbaycan xalqına öz təşəkkürünü bildirib:
“Bakıda çəkilən bu şəkilə yaxşı baxın. Azərbaycanın ən kasıb insanının da türk qardaşları üçün verəcəyi bir şeylər var. Yeməyini gətirər, gödəkçəsini gətirər, döşəyini gətirər. Heç nə tapa bilməsə canını alar əlinə gələr. Allah hamınızdan razı olsun”.
Həmin paylaşım:
Aytac Şahin
Medianews.az