Belçika “Nüvəsizləşdirmə Qanunu” çərçivəsində 40 ildir fəaliyyət göstərən Tiange 2 Nüvə Reaktorunu dünən gecədən etibarən bağlayıb.
Medianews.az bildirir ki, Belçika, 1983-cü il fevralın 1-də fəaliyyətə başlayan və ölkənin elektrik ehtiyacının 3 qatından çox istehsal edən Tiange 2 Nüvə Reaktorunu ötən gecə enerji böhranı səbəbindən çətin günlərin yaşandığı bu günlərdə qüvvəyə minən “Nüvəsiz Çıxış Qanunu” çərçivəsində bağlayıb.
Ölkənin Vallon bölgəsindəki Huy şəhərindəki Tiange 2 Reaktorunda çalışan 100 personalın işini itirməyəcəyi bildirilib. İşçilərin bir qismi reaktorun tam dayandırılmasından sonra başlayacaq sökülmə işlərində çalışacaq.
Bildirilib ki, sökülmə və tənzimləmə işləri xüsusi bilik və bacarıq tələb edir və bu əməliyyatlar üçün təxminən bir milyard avro büdcə nəzərdə tutulur. Bu büdcə indiyə qədər aparılan hazırlıqlar çərçivəsində təmin olunacaq. Digər işçilər isə 1 oktyabr 2025-ci ildə bağlanmasına qərar verilən Tiange 1 reaktorunda və fəaliyyəti 10 il uzadılan Tiange 3 reaktorunda işlərini davam etdirəcək.