May ayında Azərbaycanda böyük əfv gözlənilir. Sosial şəbəkədə izləyicilərin əksəriyyəti builki əfv sərəncamının meyxanaçı Rəşad Dağlıya da şamil olunacağını düşünürlər.
Lent.az-ın “Bir sual bir cavab” rubrikasının bugünki mövzu Rəşad Dağlının əfv olunub-olunmaması ilə bağlıdır.
Məsələ ilə bağlı rubrikamızın sualına “Norma” hüquq mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev cavab verib. Onun sözlərinə görə, əfv sərəncamı məhkumlara aid olduğu üçün Rəşad Dağlıya şamil edilməyəcək.