Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən diqqətçəkən bir iddia ortaya atılıb.
Medianews.az xəbər verir ki, məlum olduğu kimi, müharibədən qaçan rusların üstünlük verdiyi ölkələrdən biri də Türkiyədir.
Türkiyənin son vaxtlar bir çox rusiyalının yaşayış icazəsi müraciətini rədd etdiyi iddia edilib. Moskvadan İstanbula məskunlaşan bir rus, “Bizə dedilər ki, hansı sənədləri gətirsək də, hazırda ruslara yaşamaq icazəsi verilmir”,-deyə bildirib.
Bu barədə Rusiya mediasında da geniş məqalə dərc edilib.
Qeyd edək ki, Ruslar Türkiyədə daha çox Antalyada məskunlaşmağa üstünlük verirlər.
Məlumatlara görə, keçən il 153 min Rusiya vətəndaşının Türkiyədə müvəqqəti yaşama icazəsi aldığı və burda oturma izni üçün müraciət edən ən çox əhalinin ruslar olduğu bildirilib.
Medianews.az