Medianews.az xəbər verir ki, Almaniya hökuməti Almaniya vətəndaşlığına keçidi asanlaşdıracaq qanun layihəsi hazırlayıb. Yeni qanun layihəsinə görə, ikili vətəndaşlıq mümkün olacaq.
Daxili İşlər Nazirliyi Almaniya vətəndaşlığına keçidi asanlaşdıran qanun layihəsini müvafiq nazirliklərə göndərib. Qanun layihəsinə əsasən, Almaniya vətəndaşlığını almaq üçün şərt olan alman dilini bilmək qaydası yumşaldılacaq. Bu sayədə kifayət qədər Alman dili bilməyən Türkiyə vətəndaşlarının da yolu açılacaq.
Qanun layihəsinə əsasən, yaşı 67-dən yuxarı olanlar üçün vətəndaşlıq imtahanı ləğv ediləcək. Vətəndaşlıq üçün yaşayış müddətinin də 8 ildən 5 ilə endirilməsi gözlənilir.
İkili vətəndaşlıqla bağlı qanunda ciddi islahat gözlənilir. Müvafiq olaraq, Almaniya vətəndaşlığı istəyənlərdən gəldikləri ölkənin vətəndaşlığından imtina etməsi tələb olunmayacaq.
Beləliklə, opsion modeli də yox olacaq.
Qanun layihəsində qeyri-alman vətəndaşlarının tərifi də dəyişir. Alman həyat tərzinin mənimsənilməsi ilə bağlı maddənin çıxarılması planlaşdırılır. Çoxlu nikahı və qadın-kişi arasında bərabərliyi inkar edən hərəkətlərə vətəndaşlığın verilməsi kimi qaydalar qüvvədə qalacaq.
Mehin Mehmanqızı
Medianews.az