Yaxın 5 ildə Avropa Birliyinə namizədlərdən heç kim bu iş üçün vacibi şərtləri yerinə yetirə bilməz. Bu barədə Avropa Parlamentində Komissiyanın yeni tərkibinin sədri təyin olunan Jan Klod Yunker bəyan edib.
«Yaxın 5 ildə heç bir ölkə Avropa Birliyinə daxil olmayacaq. Hansısa namizədin bütün şərtləri yerinə yetirərək AB-yə daxil olmasını təsəvvür etmək çətindir», – deyə o, vurğulayıb. Bununla belə, o, bütün namizədlərlə üzvlüklə bağlı danışıqları davam edəcəyini də deyib.
Qeyd edək ki, Yunker Ukrayna xalqı haqqında danışarkən, onları avropalı adlandırıb: «Bu avropalıların Avropada öz yeri var». Lakin Ukraynanın AB-yə üzvlük ehtimalı barədə bir söz deməyib.