Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilir.
Bu barədə Medianews.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Son məlumata görə, yanğın Qalaltı istirahət mərkəzinə də çatır. Mövcud vəziyyətlə bağlı istirahət mərkəzinin meneceri AZTV-yə bildirib ki, təxliyyə planı hazırdır və hər hansı təhlükə olarsa, insanlar ərzidən təxliyyə ediləcəklər.