Çimərlikdə nəfəs kəsən Çinin Henan və Şantunq əyalətlərində 35 nəfərdə heyvanlardan insanlara keçdiyi düşünülən Langya (LayV) adlı Henipavirus aşkarlanıb.
Medianews.az xəbər verir ki, yorğunluq və öskürək əlamətləri ilə özünü biruzə verən virusun insandan insana keçə biləcəyinə dair hələ heç bir sübut yoxdur.
Çin, Sinqapur və Avstraliyadan olan tədqiqatçıların daha çox tarla siçanlarında rast gəlinən virusla bağlı yazdıqları məqalələr “New England Journal of Medicine”də dərc olunub.
Sinqapurdakı “Duke-NUS” Tibb Məktəbindən tədqiqatçı Vanq Linfa, aşkar edilmiş halların ciddi olmadığını və insanların boşuna panikaya düşdüyünü bildirib. Buna baxmayaraq, o bildirib ki, ayıq-sayıq olmağa da ehtiyac var. Çünki təbiətdə tapılan və insanlara yoluxa bilən çoxlu sayda virus gözlənilməz nəticələrə səbəb ola bilər.
Tədqiqatçılar tərəfindən aparılan araşdırmalarda, sınaqdan keçən siçanların yüzdə 27-də Langya virusu aşkar edib. İtlərin 5 faizində və keçilərin 2 faizində də virus müsbət olub. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin tədqiqatçıları hesab edirlər ki, insanlarda görülən hər 4 virusdan 3-ü heyvanlardan insanlara keçə bilər.
Birləşmiş Millətlər Təşkilatı (BMT) daha əvvəl xəbərdarlıq etmişdi ki, iqlim böhranı və vəhşi təbiətin istismarının artması səbəbindən dünyada bir çox oxşar xəstəliklər müşahidə oluna bilər. Tayvan Xəstəliklərə Nəzarət Mərkəzindən bazar günü verilən açıqlamada, Langya virusu ilə bağlı araşdırmaların yaxından izləndiyi ifadə edilib.
Medianews.az