Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehran sammitindən bir neçə dəqiqə əvvəl Rusiya lideri Putini gözlətməsi zirvəyə damğasını vurub.
Medianews.az xəbər verir ki, dünya liderlərini danışıqlardan əvvəl gözlətmək kimi bir xüsusiyyəti ilə tanınan Rusiya preidenti bu dəfə əks həmlə ilə qarşılaşıb.
Ukrayna-Rusiya müharibəsində vasitəçi kimi mövqeyini möhkəmləndirmək istəyən, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalarla razılaşmayan, eyni zamanda Ukraynanı dəstəklədiyini açıqlayan Ərdoğan görüşdən sonra Putini gözlədib. Təkbətək görüş zamanı kameralar qarşısına keçən Putin Ərdoğanı gözləməli olub və uyğunsu vəziyyətdə qalıb.
Qeyd edək ki, ekspertlər bunu Ərdoğanın cavabı olaraq xarakteriə ediblər.
Belə ki, bu vəziyyət, prezident Ərdoğan və nümayəndə heyətinin 2020-ci ildə Moskvada yaşadığı durumu yada salıb. Bu zaman Putinlə təmas qurmaq üçün görüşə gedən Ərdoğan və nümayəndə heyəti dəqiqələrlə gözlədilib.
Qeyd edək ki, belə “ağıl oyunları”nı sevən Putinin “qurbanları” siyahısında keçmişdə Almaniyanın keçmiş kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, katolik dünyasının ruhani lideri Papa Fransisk və Böyük Britaniya kraliçası da olub. Putin eyni zamanda 2018-ci ildə Helsinkidə keçirilən görüşdə ABŞ-ın keçmiş prezidenti Donald Trampı da 45 dəqiqə gözlətmişdi.