Çanaqqalada PKK terror təşkilatının fəaliyyətlərinin ifşası ilə bağlı keçirilən əməliyyat nəticəsində HDP-li millət vəkili Hüda Kayanın oğlu Muhammet Cihat Cemre saxlanılıb.
Medianews.az xəbər verir ki, Cemrenin dağda qırmızı bültenle axtarılan terrorçularla fotoşəkilləri də ortaya çıxıb.
20 İyun Bazar ertəsi İstanbul İl Təhlükəsizlik Müdirliyi İnformasiya Texnologiyaları və Kommunikasiya Şöbəsinə belə bir elektron məktub göndərilib: “Muhammet Cihat Cemre Qəndilə gedir və PKK terrorçularını ziyarət edir. Təşkilat rəhbərləri ilə görüşlərinə dair sübutaarım var, onun Qəndildə terrorçularla çəkdirdiyi fotoşəkilləri təhlükəsizlik qüvvələrimizlə paylaşmaq istəyirəm”.
Elektron məktubda fotoşəkillər və digər məlumatların da yer alması polisləri hərəkətə keçirib. İstanbul polisi dərhal əməliyyat keçirib, millət vəkilinin oğlu saxlanılıb.
Millət vəkili Hüda Kayanın oğlu Muhammet Cihat Cemre texniki və fiziki təqiblər nəticəsində Çanaqqala Baş İdarəsinin koordinasiyasında Kəşfiyyat və TEM Şöbəsi qrupları tərəfindən Çanaqqalanın Bayramiç rayonunda həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb. Əməliyyat çərçivəsində aparılan axtarışlar zamanı çoxlu təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.
Medianews.az