Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb .
Medianews.az xəbər verir ki, nazirlər, ortaq mətbuat konfransında əhəmiyyətli açıqlamalar veriblər.
“BMT, Rusiya, Ukrayna və ölkəmiz arasında yaradıla biləcək taxıl dəhlizi mexanizmini real bir plan olaraq görürük.
Müharibənin verdiyi itkilərin günü-gündən artdığını görmək bizi kədərləndirir. Müharibəni mümkün qədər tez və danışıqlar yolu ilə bitirmək hamı üçün maraqlı olmalıdır. Danışıqların yenidən başlaması üçün üzərimizə düşəni etməyə hazırıq”,-deyə Çavuşoğlu bildirib.
Rusiyanın xarici işlər naziri Ukraynadakı taxıl böhranı ilə bağlı gəmilərin çıxışında problem yaratmadıqlarını, Ukraynanın taxılları girov saxladığını iddia edib.
“Ukraynada dənli bitkilərin bazar payı cəmi 1 faizdir. Bunun ərzaq böhranına səbəb olacağını deyə bilmərik”,-deyə Lavrov əlavə edib.
Leyla, Medianews.az