16 may saat 03:00 radələrində Rəcəb Tayyib Ərdoğanın Kısıklıdakı iqamətgahı qarşısında silah səsləri eşidilib. Hadisənin Ərdoğanın evini qorumaq üçün yaradılan ən kənar təhlükəsizlik dairəsində baş verdiyi öyrənilib.
Medianews.az xəbər verir ki, iddiaya görə, polis qrupları şübhələnərək onlara yaxınlaşan bir şəxsi dayandırıblar.
Məlumata görə, polisin axtarış aparmaq istədiyi şübhəli əvvəlcə “Məsih mənəm, Ərdoğanla görüşəcəm” dedə bildirib, daha sonra isə silah çəkib. Polisin silahını yerə atmasını istəyən şübhəlinin əvvəlcə havaya 3 atəş açdığı iddia edilir.
Bundan əlavə bildirilir ki, komandalar silahını buraxmayan şübhəlini sağ dizindən vuraraq zərərsizləşdiriblər.
Eyni zamanda yaralanan şübhəlinin AKP -dən Kocaeli millət vəkili namizədi olan İbrahim Karakoyun olduğu iddia edilir.
Qeyd edək ki, şübhəli şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb, ona məxsus “Baretta” markalı tapança isə axtarışlar aparmaq üçün Polis Kriminal Laboratoriyasına aparılıb.
İstintaqın davam etdirildiyi bildirilib.
Leyla