Rusların bu ili Qələbə Günü ilə bağlı heyrətamiz iddialar səsləndirilib.
Medianews.az xəbər verir ki, Qərb mediası mayın 9-da Qızıl Meydanda böyük paradın keçiriləcəyini və bu tədbirdə əsir götürülən 500 ukraynalı hərbçinin nümayiş etdiriləcəyini yazıb.
Digər tərəfdən, Ukraynadakı müharibə üçün “əməliyyat” sözünü işlədən Putinin Qələbə Günündə edəcəyi çıxışda Ukraynaya rəsmən müharibə elan edə biləcəyi iddia edilib.
Qərb mətbuatında yer alan xəbərlərə görə, Rusiya lideri mayın 9-da qələbə nitqi ilə çıxış edəcək və bununla da müharibədə verdikləri itkiləri ört-basdır edəcək. Moskva administrasiyasnının 5 gün sonra baş tutacaq mərasimə hazırlıqları gücləndirdiyi də açıqlanıb.
Mayın 9-da keçiriləcək mərasimlə bağlı daha bir diqqətçəkən iddia ABŞ mediasından gəlib. CNN ilk gündən Ukraynadakı işğalı əməliyyat adlandıran Putinin Qələbə Günündə rəsmən müharibə elan edə biləcəyini iddia edib.
Turan Oruc
Medianews.az