Rusiya ilə Ukrayna arasında gedən müharibədə Ukraynada yerləşdiyi iddia edilən bioloji laboratoriyalarla bağlı iddialar Rusiya ilə ABŞ arasında gərginliyə səbəb olub.
Medianews.az xəbər veri ki, Bayden, “Putinin iddia etdiyi kimi bizdə və ya Ukraynada qətiyyən bioloji və kimyəvi silah yoxdur”, -deyə açıqlama verib.
Ukraynada olduğunu iddia etdikləri laboratoriyalarla bağlı Rusiyadan da açıqlama verilib. Açıqlamada laboratoriyaların maliyyəçisi kimdir sualına ABŞ prezidenti Co Baydenin oğlunun Hunter Baydendir deyə cavab verilib.
Rusiya Müdafiə Nazirliyi Ukraynada müxtəlif ölkələrə köçürülmüş bioloji laboratoriya qalıqlarının olduğunu və konkret sübutların əldə edildiyini açıqlayıb. ABŞ prezidenti Co Bayden daha əvvəl Rusiya prezidenti Vladimir Putinin mövzu ilə bağlı iddialarına “Putinin iddia etdiyi kimi bizdə və Ukraynada qətiyyən bioloji və kimyəvi silah yoxdur” demişdi.
O, xəbərdarlıq edib ki, Rusiyanın iddiaları bu silahlardan Ukraynada istifadə etmək üçün bəhanə ola bilər.
Rusiya Ordusunun Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov keçirdiyi mətbuat konfransında Ukraynadakı laboratoriyaların ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenin şirkəti vasitəsilə maliyyələşdirildiyini bildirib.
Sözügedən strukturların Hunter Baydenin idarəçiliyində olan Rosemont “Seneca” investisiya fondu tərəfindən maliyyələşdirilməsi diqqət çəkib. Fondun maliyyə resursları 2 milyard 400 milyon dollardır. Eyni zamanda, fond Pentaqonun bioloji laboratoriyaları üçün ən böyük avadanlıq təchizatçıları, o cümlədən “Black and Veach” və “Metabiota” şirkətləri ilə də əlaqələrə malikdir.
Ukraynada yerləşdiyi iddia edilən laboratoriyaların fəaliyyətindən danışan İqor Kirillov bunları deyib: “Hərbi bioloji fəaliyyətlərin maliyyələşdirilməsi ABŞ və müttəfiqlərinə Ukraynadan ən azı 16 min bioloji nümunə ixrac etməyə imkan verib. Belə ki, UP-8 layihəsinə uyğun olaraq Lvov, Kiyev, Odessa və Xarkovda ümumilikdə 4000 hərbi qulluqçudan hantavirusa, 400 hərbi qulluqçudan isə Krım-Konqo hemorragik qızdırma virusuna qarşı anticisimlərin olması üçün qan nümunələri götürülüb. 10 mindən çox nümunə Gürcüstandakı Luqar Mərkəzinə göndərilib. Qəbul edənlər arasında Böyük Britaniyadakı referans laboratoriyaları və Almaniyadakı Löffler İnstitutu da var”.
İqor Kirillov toplanan bioloji nümunələrin Pentaqona bağlı əczaçılıq şirkəti tərəfindən istifadə edildiyini bildirib: “ABŞ rəhbərliyinin gizli razılığı ilə bu cür qəbuledilməz yanaşmalar böyük əczaçılıq şirkətləri üçün normadır. Belə ki, 2010-cu ildə İndoneziya hakimiyyəti çoxlu sayda qanun pozuntusuna görə Cakartadakı ABŞ Hərbi Dəniz Qüvvələrinin Tibb Mərkəzinin fəaliyyətini dayandırıb. Amerikalılar bu obyektdə razılaşdırılmış tədqiqat proqramı çərçivəsindən kənar tədqiqatlar apardılar, bioloji nümunə götürdülər və nəticələr barədə İndoneziya hökumətinə məlumat verməkdən imtina etdilər”.
Turan Oruc
Medianews.az