Görüntülər bir neçə gün əvvəl Daşkəsən rayonunun əsas istirahət məkanlarından olan Xoşbulaq kəndində lentə alınıb.
BAKU.WS-in bölgə müxbirinin əldə etdiyi görüntülərdə ərazinin tamamilə məişət tullantıları içərisində itib batdığı görünür.
Məlumat üçün bildirək ki, Xoşbulaq yaylağı Azərbaycanın əsas istirahət mərkəzlərindən biridir.
Buta istirahət üçün Gəncə və ətraf bölgələrlə yanaşı Rusiya və digər ölkələrdən də istirahətə gələnlər olur.