ABŞ-ın birinci xanımı Mişel Obama ABC telekanalında yayımlanan “Nashville” serialının növbəti bölümündə çəkilib. Xanım Obamanın iştirak etdiyi bölüm mayın 7-də yayımlanacaq. Birinci xanım serialın baş qəhrəmanı, kantri-müğənni Reyn Ceymsin (Konni Britton) təşkil etdiyi xeyriyyə gecəsində qonaq qismində iştirak edəcək. Televiziya tənqidçiləri Mişel Obamanın seriala çəkilməsini musiqili-dramatik serialın reytinqinin aşağı olmasıyla əlaqələndirirlər. Onlar iddia edirlər ki, serial rəhbərliyi tamaşaçını cəlb etmək üçün bu fənddən yararlanıb.
Bu, Mişel Obamanın ilk serial təcrübəsi deyil. O, aprelin 24-də yayımlanacaq “Parks and Recreation” serialında da epizodik rolda çəkilib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.