Tofiq Yaqublunun səhhətində olan kritik vəziyyəti nəzərə alaraq onun hökm qüvvəyə minənə qədər azadlığa buraxılmasına dair vəsatət verildi.
Medianews.az xəbər verir ki, bu barədə vəkil Aqil Layıc məlumat verib.
O bildirib ki, Tofiq Yaqublunun azadlığa qovuşacağına ümid edir.
Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.