Moskvanın “Lokomotiv” klubunun 29 yaşlı hücumçusu Fyodor Smolov Rusiyanın birinci prezidenti Boris Yeltsinin nəvəsi, 17 yaşlı Mariya Yumaşeva ilə evlənməyə hazırlaşır.
BAKU.WS “7days” portalına istinadən xəbər verir ki, rusiyalı futbolçu gənc sevgilisi ilə olan münasibətlərini gizlətməmək qərarına gəlib.
Belə ki, idmançı Mariya ilə Karib dənizinə yollanıb və bununla bağlı sosial şəbəkədə paylaşım edib.
Nəşrin yazdığına görə, Smolov artıq qıza evlilik təklifi etməyi bacarıb. Rusiyalı idmançı Yumaşeva ilə toya hazır olduqdan sonra evlənməyə hazırdır.
Qeyd edək ki, Mariya Yumaşevanın yeniyetmə olması Fedor Smolovu narahat etmir. Gənclər rəsmi nikaha 2021-ci ildə daxil olmağı planlaşdırır.
Həmin vaxt Mariya Yumaşevanın 18 yaşı tamam olacaq. Toy mərasiminin Karib dənizindəki Sent-Bartelemi adasında keçirilməsi qərara alınıb.