ATV-də yayımlanan “Qanunla biz” verilişi yeni mövsümə start verib.
BAKU.WS xəbər verir ki, verilişin aparıcısı Zülfiyyə Bayramova ilk növbədə ona dəstək olan taçmaşaçılarına təşəkkürünü bildirib.
Aparıcı bunları deyib: “Mənim üçün dua edən hər bir kəsə təşəkkürümü bildirmək istəyirəm. Var olun! Əlləriniz, dilləriniz var olsun! Məni ayaqda saxlayan sizin dualarınızdır. Ömrümün sonunadək sizə təşəkkür etməyə borcluyam”.
Xatırladaq ki, Z. Bayramova bir müddətdir onkoloji xəstəliklə mübarizə aparır.