Son zamanlar “Çiftlik Bank” oyunu Türkiyədə gündəmdədir.
Bu oyun bir çoxlarımızın oynadığı “Ferma” oyununa bənzərdir. Lakin buradakı tək fərq oyunda alınan heyvanların real həyatda da saxlanılması və bu heyvanlardan əldə olunan gəlirin sözdə istifadəçilərə qaytarılmasıdır. Qısa müddət ərzində 70 mindən çox istifadəçi oyuna pul yatırıb.
Minval.İnfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, oyunun yaradıcısı Mehmet Aydın 511 milyon türk lirəsi məbləğində pulla ölkəni tərk edib. Onun 10 mindən artıq insanı aldatdığı məlum olub.
Zərərçəkənlər Bursanın İnegöl bölgəsindəki fermaya hücum çəkib. Mehmed Aydının Uruqvaya qaçdığı iddia edilir.