Meqa ulduz Tarkan Qızıl Ordu Xoru ilə birlikdə səhnəyə çıxıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tarkanla Ajda Pekkan məşhur bankın 20 illiyi münasibətilə təşkil olunan konsertdə çıxış edib.
İş, sənət, kino və media adamlarının iştirak etdiyi konsert proqramında Tarkanın Qızıl Ordu ilə çıxışı ayaqda alqışlanıb. İllərdir ki, meqa ulduzun mahnılarına yer verən Rusiyanın Qızıl Ordu Xoru konsertdən bir gün əvvəl Tarkanla saatlarla məşq edib. Tarkan Qızıl Ordu Xoruna sonda rus dilində təşəkkür edib.