Azərbaycanda fəhlələrdən birinin ifası sosial şəbəkələrdə böyük maraq doğurub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs iş prosesindəki fasilə zamanı muğam ifa edib. Onun möhtəşəm ifası sosial şəbəkə istifadəçiləri tərəfindən yüksək qiymətləndirilib, özü də bilmədən internetdə populyarlıq qazanıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, möhtəşəm ifası ilə ürəkləri riqqətə gətirən bu şəxs Saday adlı qarabağlıdır.
Sözügedən görüntüləri Əməkdar artist, kamança ifaçısı Elnur Əhmədova da təqdim edərək onun fikirlərini öyrəndik: “İfa “Bayatı-Qacar” muğamı üstündə təqdim olunub. Əvvəldə iki-üç dəqiqə şeir formasında səsləndirib, sonradan tanınmış qəzəlxan Hacı Mailin “Vətəndir” qəzəlini ifa edib. Hiss olunur ki, o, peşəkar xanəndələrə həmişə diqqətlə qulaq asıb”.