Bakı sakinlərindən “Şortik geyinən oğlanlara necə baxırsız?” sualı ilə sorğu keçirilib.
BAKU.WS-in məlumatına görə, yenə də yay günlərinin məşhur mübahisəsi gündəmdədir. Hər il olduğu kimi bu il də şortik geyənlərlə onları tənqid edənlər arasında fikir ayrılığı var. Doğrudur, il-ildən bu geyim məsələsinə loyal yanaşanların sayı artsa da, hələ də əleyihdarları qalmaqdadır. Bunu paytaxda keçirilən sorğuda da görmək olar.
Sorğuda bəziləri deyir ki, Azərbaycan mentalitetinə şort geyinmək yaraşmır.