Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və hədə yolu ilə tələb etməkdə təqsirləndirilən Elməddin Fərzəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror E.Fərzəliyevə 8 il cəza istəyib.
Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov müdafiə çıxışında müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib.
Proses mayın 26-da davam etdiriləcək.
Kriminal aləmdə “Elməddin Vasmoyski” kimi tanınan Elməddin Səfərov Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham olunur.