“Qalatasaray” çətin səfər sınağına çıxır
Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin IV turuna bu gün start veriləcək.
Türkiyədə olduğu kimi Azərbaycanda da xeyli azarkeşi olan “Qalatasaray” səfərdə “Kopenhagen”lə qarşılaşacaq. “Cim-Bom” öz meydanında daha yaxşı çıxış edən Danimarka klubu ilə oyuna ciddi itkilərlə çıxacaq. Superliqanın “Konyaspor”la son oyununda zədələnən Fernando Muslera və Uesli Sneyder “Kopenhagen”lə matçı buraxacaqlar.
“Qalatasaray”ın baş məşqçisi Roberto Mançini Musleranın əvəzinə gənc qolkiper Eray İşcana şans verəcək. İtaliyalı mütəxəssis Danimarkaya qələbə dalınca getdiklərini, amma səfərdən 1 xalla dönməyin də pis nəticə olmayacağını vurğulayıb. “Cim-Bom” səfərdə qalib gəlsə, qrupdan çıxmaq şansı xeyli artacaq.
B qrupunda keçiriləcək digər oyunda “Yuventus” Madrid “Real”ı ilə qarşılaşacaq. Həmin oyunda ispanlar uduzmasalar, “Qalatasaray” səfərdən 3 xalla dönərək “Yuve”ni xeyli geridə qoya bilər.
Qeyd edək ki, ÇL-də bu gün 8 oyun baş tutacaq. Tura sabah daha 4 qrupda keçiriləcək oyunlarla yekun vurulacaq.
5 noyabr
A qrupu
23:45. “Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
23:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Bayer” (Almaniya)
1. “Man. Yunayted” 3 2 1 0 6-3 7
2. “Bayer” 3 2 0 1 8-5 6
3. “Şaxtyor” 3 1 1 1 3-5 4
4. “Real Sosyedad” 3 0 0 3 1-5 0
B qrupu
23:45. “Kopenhagen” (Danimarka) – “Qalatasaray” (Türkiyə)
23:45. “Yuventus” (İtaliya) – “Real” (İspaniya)
1. “Real” 3 3 0 0 12-2 9
2. “Qalatasaray” 3 1 1 1 6-9 4
3. “Yuventus” 3 0 2 1 4-5 2
4. “Kopenhagen” 3 0 1 2 2-8 1
C qrupu
23:45. PSJ (Fransa) – “Anderlext” (Belçika)
23:45. “Olimpiakos” (Yunanıstan) – “Benfika” (Portuqaliya)
1. PSJ 3 3 0 0 12-1 9
2.“Olimpiakos” 3 1 1 1 5-5 4
3. “Benfika” 3 1 1 1 3-4 4
4. “Anderlext” 3 0 0 3 0-10 0
D qrupu
23:45. “Mançester Siti” (İngiltərə)-MOİK (Rusiya)
23:45. “Viktoriya” (Çexiya) – “Bavariya” (Almaniya)
1. “Bavariya” 3 3 0 0 11-1 9
2. “Manç. Siti” 3 2 0 1 6-4 6
3. MOİK 3 1 0 2 4-7 3
4. “Viktoriya” 3 0 0 3 2-11 0