Helsinki Vətəndaş Assambleyasının Ermənistan ofisinin apardığı araşdırmaya görə, 2013-cü ilin yanvarından oktyabrın 1-nə qədər ölkənin Silahlı Qüvvələri 25 hərbçi itirib.
“Media forum” saytı xəbər verir ki, 3 nəfər atəşkəsin pozulması nəticəsində həlak olub, 6 nəfər intihar edib, 2 nəfər həyatını nizamnamə münasibətlərinin pozulması, 6 nəfər bədbəxt hadisədə itirib.
4 nəfərin xəstəlikdən öldüyü, 3 nəfərin qətlə yetirildiyi və ya hərbçi yoldaşının ehtiyatsızlığı ucbatından həlak olduğu, 1 nəfərin təhlükəsizlik qaydalarını pozduğuna görə vəfat etdiyi bildirilir.