“Space” telekanalında nümayiş olunan qalmaqallı veriliş sosial şəbəkədə geniş müzakirəyə səbəb olub.
Virtualaz.org xəbər verir ki, növbəti mənasiz tok-şou kök xalaların bütün əxlaq normalarını yaddan çıxararaq tamaşaçı qarşısında rəqs etməsi ilə biabırçı orgiya məclisinə çevrilib.
Videoçarx sosial şəbəkələrdə tezliklə məşhurlaşaraq əhalinin deqradasiyası üçün efir vaxtından istifadə edən Azərbaycan telekanallarının redaksiya siyasətinin ünvanına kəskin tənqidin səsləndirilməsinə səbəb olub.
Belə bir tok-şounun yaranması ölkədə teleradio yayımını nizama salan dövlət orqanlarının bacarığını şübhə altına qoyur. Azərbaycan televiziyasındakı bu hadisəni başqa cür izah etmək mümkün deyil.