Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,44 dollar, yaxud 1,19% bahalaşaraq 37,04 dollar/barel təşkil edib.
“Report”un məlumatına görə, “Brent” markalı neft isə 0,82 dollar və ya 2,20% bahalaşaraq 37,28 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 42 dollar/barel olacağı gözlənilir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.