Müğənni Xatirə İslam bəzi sayt və şou-biznes yazarlarını təhqir edib.
AzNews.az xəbər verir ki, o, bu barədə özünün facebook səhifəsində yazıb. Müğənni belinə banka qoyduraraq çəkdirdiyi şəkli xəbər saytlarının tirajlamasından qəzəblənib.
“Bəzi saytlara və yazarlara sözüm var. Görəsən instaqram olmasa nə edərsiniz? Buna görə də müsahibə vermirəm. Üzümə gülüb səhifəmdən nəyi istəsəniz özbaşına, icazəsiz müzakirəyə qoyursunuz. İnstaqram mənim şəxsi profilimdir. Ürəyim nə istəsə orada paylaşıram” – deyən X.İslam şou biznes yazarlarının ünvanına təhqiredici ifadələr işlədib. O, bildirib ki, özü və ailəsi göz önündədir: “Mənim hər cürə şəklim ola bilər. Bir özünüzə baxın ay yazıqlar”.
Xatırladaq ki, müğənni belinə banka qoyduraraq, şəkil çəkdirib və instaqram səhifəsində paylaşıb. Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Xəbər saytlarının da bu şəkli informasiya halında çap etməsi məsələni bir az da şişirdib.