Rusiyanın paytaxtı Moskva şəhərində bu saatlarda Avropanın ən böyük məscidinin açlış mərasimi gerçəkləşir. Modern.az Rusiya KİV-nə istinadla xəbər verir ki, 10 illik təmirdən sonra Moskva baş məscidi ziyarətçilərin üzünə açılır.
Təntənəli mərasimdə Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Fələstin administrasiyasının rəhbəri Mamhud Abbas görüntülənib.
Moskvanın Sülh prospektində yerləşən baş məscid 10 min ziyarətçinin eyni vaxtda qəbul edə bilər. Məscidin yenidən qurulması üçün 170 milyon dollar vəsait xərclənib.
http://s020.radikal.ru/i708/1509/f2/e7fe45c8b99d.jpg
http://i004.radikal.ru/1509/cb/9ad216639b2b.jpg
http://s020.radikal.ru/i713/1509/88/acb84c7c7577.jpg