Almaniya kansleri Angela Merkel LGBT cəmiyyətinə məxsus jurnalının çəkdiyi təxribatçı reklamın personajı olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Straight jurnalının video rolikində Angela Merkelə bənzəyən baş qəhrəman gənc qadın sevgilisi ilə öpüşüb.
Rolik jurnalın rəsmi tvitter hüsabında yayımlanıb və dərhal sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub.
Tvitterdə video çarx “Avropada hər kəs Merkelə nifrət edir, təkcə bu qadından başqa” sloqanı ilə yayımlanıb.
Qeyd edək ki, daha əvvəl Merkel müsahibəsində onun üçün evlilik hər zaman kişi və qadın arasında olacağını bildirmişdi.