Rusiyanın Stavropol diyarının Moskovskoye kəndinə iki pilotsuz təyyarə düşüb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Vladimir Vladimirov Telegram kanalında məlumat verib.
“İnfrastruktur zədələnməyib. Bütün sistemlər normal işləyir. Sizdən sakit olmağınızı və yalnız etibarlı məlumat mənbələrinə etibar etməyinizi xahiş edirəm”, – deyə rayon rəhbəri yazıb.
O, İzobilnenski rayonunda baş verənlərlə bağlı başqa təfərrüat verməyib. Hadisənin baş vermə şəraiti və pilotsuz təyyarələrin kimliyi müəyyənləşdirilir.
Medianews.az