Mama-ginekoloq Nitu Badjekal arıqlayanları qabıqlı kartof yeməyə çağırıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, o, kartofu fiqur üçün zərərli məhsul saymır.
Həkim vurğulayıb ki, əgər siz daim çips, kartof və qızardılmış kartof yeyirsinizsə, kartof artıq kilolara səbəb olacaq.
Amma onun fikrincə, kartofu qabığı ilə bişirib soyudub sonra yenidən qızdırsanız, fiqurunuza heç bir zərəri olmayacaq. “Bu bişirmə üsulu davamlı nişastanın miqdarını artırır. Daha davamlı nişasta olduqda, qanda şəkərin səviyyəsi artmır,” – deyə həkim izah edib.
Mütəxəssis insanları arıqlayanlar arasında pis reputasiyaya malik olan kartofla yanaşı, digər qidaları da yeməkdən çəkinməməyə çağırıb. O, izah edib ki, insanlar, xüsusən də hormonal balanssızlığı olanlar üçün mümkün qədər müxtəlif pəhriz yemək vacibdir. Onda, onun sözlərinə görə, bədən nəinki incə, həm də sağlam olacaq.
Medianews.az