Rusiyanın Novosibirsk bölgəsində məhkəmə xidmətdən yayınan hərbçi Maksim Jeldakovu 5 il müddətinə azadlıqdan məhrum edib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bu barədə Rusiyanın Şərq Dairə Hərbi Məhkəməsindən məlumat verilib.
İdarədən verilən məlumata görə, 2023-cü il iyulun 13-də həmin şəxs müvəqqəti təyin olunduğu hərbi hissəyə gəlməyib. 2024-cü il yanvarın 4-də hərbi polis onu evdə saxlayıb komendantlığa aparıb.
Jeldakov cəzasını ümumi rejimli koloniyada çəkəcək. Məhkəmə hökmləri tam əlavə etməklə hökm çıxarıb, həmçinin hərbçini iki il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə 220 min rubl cərimələyib.
Medianews.az