Ermənistanın xəbər portallarında azərbaycanlı bloqer Hüseyn Həsənovun reklam çarxının yayılması ölkəni bir-birinə qatıb.
Medianews.az xəbər verir ki, Ermənistan hakerləri nə qədər çalışsalar da, reklamdan qurtula bilmirlər.
Məcburiyyət qarşısında qalan “Ermənistan hərbi portalı” izləyicilərindən üzrxahlıq etməli olub: “Bir çox erməni kanallarında hansısa bloqerin reklamı peyda olub. Təəssüf ki, bu reklamı “Telegram”ın özü idarə edir və biz burada acizik. Amma yenə də bunu görməyə məcbur olduğunuz üçün sizdən bağışlanmağımızı diləyirik”.
Könül Aypara