MuscleFood ərzaq xidmətinin sağlam qidalanma mütəxəssisləri çəki itirərkən ən çox edilən səhvlər barədə danışıblar.
Medianews.az xəbər verir ki, onların tövsiyələri barədə Mirror nəşri yazıb.
Mütəxəssislərinin dediklərinə görə, arıqlamaq üçün yeməklərin qəbulunu ötürmək maddələr mübadiləsini yavaşlatır.
Mütəxəssislərdən biri bildirib ki, insanların arıqlamaq istəyərkən etdikləri əsas səhvlərdən biri yeməklərin qəbulunu ötürməkdir.
“Gündəlik kalori qəbulunu azaltmaq istəyən insanlar bəzən yeməkləri atlayırlar. Ancaq bu, həddindən artıq aclığa səbəb ola bilər, ona görə də bu insanlar növbəti yeməklərində çox yeyirlər və gün ərzində daha tez-tez qəlyanaltı qəbul edirlər. Yeməkdən yayınmaq da maddələr mübadiləsini ləngidir”, – deyə ekspert xəbərdarlıq edib.
Mütəxəssislər həmçinin həddindən artıq fiziki fəaliyyəti səhv adlandırıblar. Onların fikirincə, bu, tez tükənməyə və zədələnməyə səbəb olur.
“Məşq vacib olsa da, həddən artıq istifadə olunarsa, faydadan çox zərər verə bilər. Həddindən artıq məşq kortizol səviyyəsini artırır, özünüzü daha gərgin hiss edir və yağ yandırmağı çətinləşdirir”, – təlimatlarda deyilir.
Medianews.az