“Beyin xərçənginin çoxu uzun müddət açıq simptomlar olmadan inkişaf edə bilər”.
Medianews.az news.ru-ya istinadla xəbər verir ki, bu barədə internist və qastroenteroloq Anastasiya Timoşenko bildirib.
O, beyin xərçənginin ümumi əlamətlərini sadalayıb. A.Timoşenkoya görə, inkişaf edən beyin xərçəngi baş ağrısı və bulanıq görmə ilə özünü göstərə bilər: “Məsələn, görmə sahələrinin itirilməsi və ya işığa həssaslığın dəyişməsi, baş ağrısı. Bunlar beyin kütlələrinin ümumi, lakin məcburi olmayan bir əlamətidir. Bu simptomun olması və ya olmaması şişin həm ölçüsü, həm də yeri ilə bağlıdır”.
Həkimin qənaətincə, uzun müddət davam edən baş ağrıları və istifadə edilən terapiyanın təsirinin olmaması, şübhəsiz ki, nevropatoloqa müraciət etmək və əlavə müayinədən keçmək üçün bir səbəbdir.
Medianews.az