Fransada safari parkının yaxınlığında qaçış edən 36 yaşlı qadına üç qütb canavarı hücum edib.
Medianews.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Qeyd olunub ki, qadın Parisdən 40 kilometr aralıda yerləşən “Thoiry” vəhşi təbiət parkındakı eko-hoteldə ailəsi ilə birlikdə istirahət edib. Buradakı kirayə kabinlər ziyarətçilərə vəhşi heyvanların yaxınlığında gecələməyə imkan verir. Təhlükəsizlik məqsədilə bu evlər xəndəklərlə və elektrik hasarla əhatə olunub. Qonaqlar gecə görmə durbinindən istifadə edərək heyvanları müşahidə edə bilərlər.
Səhər bir qadın qaçmaq üçün eko-evdən çıxıb. O, birtəhər təhlükəsizlik sistemindən yan keçib və təsadüfən vəhşi heyvanların sərbəst gəzdiyi safari zonasına daxil olub. Adətən oraya yalnız xüsusi maşınla gəlmək tələb olunur. Bu zonada qadına üç canavar hücum edib.
Safari parkının əməkdaşları onun qışqırtısını eşidib və yırtıcıları qovublar. Canavarlar zərərçəkmişi boyun, baldır və kürəyindən dişləyiblər. O, təcili xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Medianews.az