Təmizlik stresslə mübarizə aparmağa kömək edir.
Medianews.az lenta.ru-ya istinadla xəbər verir ki, bu barədə gerontoloq Svetlana Trofimova bildirib.
Həkimin sözlərinə görə, tədqiqatlar sübut edib ki, hətta adi ev təmizliyi, qabların yuyulması insana bir mənfi mövzudan neytral və ya hətta müsbət mövzuya keçməyə kömək edir.
Stressdən qurtulmaq üçün o, həmçinin gəzməyi, yaxınları ilə ünsiyyət qurmağı, sakit musiqi dinləməyi və daha çox gülümsəməyi tövsiyə edib.
Medianews.az