“Rusiya Federasiyası ilə sülh danışıqları aparılmasa, Tramp Kiyevi yardımdan məhrum edə bilər”.
Medianews.az “Reuters”ə istinadla xəbər verir ki, ABŞ-nin sabiq prezidenti Donald Trampın müşavirləri Keyt Kelloq və Fred Fleyts ona Ukrayna münaqişəsinin həlli planını təqdim ediblər.
Burada Ukraynanın yalnız Rusiya ilə sülh danışıqlarına girəcəyi təqdirdə daha çox ABŞ silahı alacağı göstərilir.
“Donald Trampın iki əsas müşaviri ona Rusiyanın Ukraynada müharibəsini dayandırmaq planını təqdim edib – əgər o, prezident seçkilərində qalib gəlsə – bu, Ukraynanın yalnız sülh danışıqlarına girəcəyi təqdirdə daha çox Amerika silahı alacağını deməyə əsas verir”, – nəşr yazır.
Trampın təklif etdiyi plana görə, atəşkəsə “mövcud cəbhə xətləri əsasında” nail olunacaq.
Ayşən