Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı ölən müsəlmanların sayı 900-ü keçib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, Məkkədə temperatur 51,8 dərəcəyə qalxıb. Bu da insanların ölümünə səbəb olub.
Qeyd edək ki, bu il Səudiyyə Ərəbistanının isti yay fəslində baş tutan çoxgünlük həcc ziyarətində dünyanın hər yerindən 1,8 milyon insan iştirak edir.