Məşhur aktyor və aparıcı Oktay Kaynarca qatıldığı proqramda “Türkiyəliyəm, Türk milliyətçisiyəm” deməsi diqqət çəkib.
Medianews.az xəbər verir ki, sözləri ilə gündəm olan aktyora həm dəstək, həm də reaksiya verilib.
“Ben Bu Cihana Sığmazam” serialının finalından sonra ATV ekranlarında “Alan” yarışma proqramını təqdim etməyə başlayan Oktay Kaynarca qatıldığı “Biz Bize” verilişində verdiyi açıqlama ilə diqqət çəkib.
Zaman zaman verdiyi açıqlamalarla adından söz etdirən Oktay Kaynarcanın dediyi sözlər sosial mediada da geniş müzakirələrə yol açıb.
Medianews.az