Televiziya proyektləri ilə yanaşı bir çox reklam çarxında da yer alan məşhur aktrisa Hande Erçel ilin ilk 6 ayında 40 milyon lirə qazanıb.
Medianews.az xəbər verir ki, Barış Arduçla baş rolu paylaşacağı “Rüzgara Bırak” filminin məşqlərinə başlayan Hande Erçel tez-tez çəkildiri reklamlar ilə də gündəmə gəlir.
Geyim və zərgərlik markaları ilə müqavilələr bağlayan H.Erçel sərvətinə sərvət qatıb.
Aktrisa bu ilin ilk 6 ayında çimərlik geyimi markasından 10 milyon TL, dezodorant reklamından 7 milyon TL, zərgərlik mağazalarının reklamından isə 20 milyon TL qazanıb. Bu müddətdə bir çox festival və tədbirdə yer alan H.Erçel hər birindən də 100-150 min dollar arasında gəlir əldə edib.
Medianews.az