Ermənistanın Araqatsotn və Geqarkunik vilayətlərini çəyirtkə basıb.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə çəyirtkələrin sözün əsl mənasında yolları necə doldurduğunu göstərən videolar yayılıb.
Ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bu yaxınlarda keçirdiyi mətbuat konfransında bu çəyirtkələrin həmişəkindən daha böyük olduğunu qeyd edib.